Qubadan İsmayıllı rayonu istiqamətində dağlıq ərazidə itkin düşən 2 vətəndaş tapılıb. Bu barədə ShimalNews 30 avqust tarixində məlumat verir.
Ötən gün alimlər Elnur Nəciyev və Emil Cəbrayılovla saat 12:00 radələrində əlaqə kəsilimişdi. Sonuncu dəfə onlar Quba rayonunun Dərk kəndi və İsmayıllı rayonunun Burovdal kəndi ərazilərində olmuşdular.
Ərazini yaxşı tanıyan “Şahdağ” Milli Parkının əməkdaşları axtarışlara cəlb ediliblər. Onlar bu gün səhər saatlarında itkin düşənləri tapıblar. Lakin dumanlı hava və relyefin mürəkkəb olması dağdan enməyə imkan vermir. Ehtimal edilir ki, günorta saatlarında alimlər artıq xilas ediləcəklər.