Elmi-tədqiqat sahələrinin mütəxəssisləri, dövlət müəssisələrində və kəndli (fermer) sahələrində çalışanlar üçün kitab dərc olunub. Bu barədə ShimalNews 30 avqust tarixində məlumat verir.

Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun “Meyvə bitkilərinin seleksiyası” şöbəsinin müdiri, aqrar elmləri üzrə elmlər doktoru, dosent Ələddin Sadıqov “Azərbaycanda yayılmış meyvə bitkiləri” adlı növbəti kitab yazıb.

Kitabda bitki sortlarının pomoloji xüsusiyyətləri, innovativ texnologiyalar əsasında artırılması, yeni sənaye tipli bağların salınması, becərilməsi və s. haqda bəhs olunur.