Sığorta Festivalının növbəti tədbiri İsmayıllıda təşkil olunacaq. Bu haqda ShimalNews 30 avqust tarixində Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.

Yığıncaq bu gün saat 18:00-dan 21:00-dək Heydər Əliyev mərkəzində baş tutacaq. Həm əyləncəli, həm də maarifləndirici festivalda müxtəlif sığorta şirkətləri iştirak edəcək.

Tədbirin məqsədi geniş əhali qruplarının və biznes nümayəndələrinin sığorta sahəsində bilik və təsəvvürlərinin artırılması, onların sığorta xidmətlərinə cəlbinin təşviq edilməsindən ibarətdir. Gələn qonaqlara məlumatlandırıcı və təşviqedici video və animasiya çarxları, poster və digər materiallar təqdim olunacaq.

Qeyd edək ki, Sığorta Festivalının tədbirləri sentyabrın 7-dək ölkənin ən böyük 10 şəhərində keçiriləcək.