İsmayıllıda “Üzgüçülük hamı üçün” devizi altında idman tədbiri keçirilib. Bu haqda ShimalNews 30 avqust tarixində Dağlıq Şirvan Regional Gənclər və İdman idarəsinə istinadən məlumat verir.

Üzgüçülük idman növü üzrə toplantı İsmayıllı Olimpiya İdman Kompleksində təşkil edilib. Təcrübəli məşqçi-müəllim Elyar Cəfərlinin rəhbərliyi altında baş tutan tədbirin məqsədi yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkilindən ibarət olub.

Tədbir Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin və İsmayıllı Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə baş tutub.