İsmayıllının icra başçısı sakinləri qəbul edib. Bu haqda ShimalNews 30 avqust tarixində RİH-yə istinadən məlumat verir.

Nahid Bağırov rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri ilə birgə növbəti dəfə vətəndaşların müraciətlərini dinləyib. Görüşə gələn sakinlərin qaldırdıqları bütün məsələlərin həlli üçün aidiyyəti şəxslərə tapşırıqlar verilib.