Quba rayonunda cüdo üzrə turnir keçirilib. Bu haqda ShimalNews 30 avqust tarixində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Tədbir Əliməmmədoba kəndində yerləşən idman zalında baş tutub. Yarışda 12 çəki dərəcəsində 2008-2011-ci il təvəllüdlü 70 idmançı mübarizə aparıb.
Turnirin sonunda qaliblər idarə tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.