Xaçmaz rayonunda kütləvi dava bıçaqlanma ilə nəticələnib. Bu barədə ShimalNews 29 avqust tarixində Report-a istinadən məlumat verir.

Hadisə “Zəfər” parkında baş verib. Xaçmaz şəhər sakini, 20 yaşlı Abgül Hacıyev və onun bibisi oğlu, Abşeron rayonunda yaşayan 16 yaşlı Nicat Xasməmmədov tanımadıqları şəxslərlə mübahisə ediblər. Daha sonra əlbəyaxa dava başlayıb və hər iki gənc bıçaqla xəsarətlər alıb.

Yaralılar xəstəxanaya çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.