Xaçmaz sakinini silahla yaralayan şəxs saxlanılıb. Bu barədə ShimalNews 29 avqust tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir.
Bu gün səhər saat 08:00 radələrində Seyidağa Əhmədovun güllələnməsi barədə Polis Şöbəsinə məlumat daxil olub. Müəyyən olunub ki, o, rayon sakini Raqif Manafov tərəfindən ov tüfəngi ilə xəsarət alıb.
Şübhəli şəxs saxlanılıb, silah isə müsadirə edilib. Faktla bağlı cinayət işi başlanılıb.