Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Mehrəliqışlaq kəndində səyyar qəbul keçirib. Bu haqda ShimalNews 29 avqust tarixində quruma istinadən məlumat verir.

Vətəndaşlarla görüşdə Elnur Rzayev ilə birlikdə yerli hüquq-mühafizə orqanlarının rəhbərləri və xidmət və təşkilatların məsul şəxsləri iştirak ediblər. Qəbula gələn Mehrəliqışlaq, Hülövlü, Bəyqışlaq, Canaxır, Qaradağ Buduq, Qaradağlı, Qobuqıraq, Mürsəliqışlaq, Rəhimoba və Ustacəlilli kəndlərinin sakinləri yolların təmiri, yeni subartezian quyusunun qazılması, suvarma suyu ilə təchizatın yaxşılaşdırılması ilə bağlı müraciətlər səsləndiriblər.

Görüş zamanı bir çox müraciətlər yerindəcə həll edilib.