İsmayıllı, Xaçmaz və Qusar rayonları üzrə həftənin idman afişası hazırlanıb. Bu barədə ShimalNews 29 avqust tarixində Gənclər və İdman Nazirliyinə istinadən məlumat verir.
İdman tədbirlərinin cədvəli aşağıda təqdim edilib:
İsmayıllı rayonu
– 30 avqust saat 11:00 – “İdman hamı üçün” layihəsi çərçivəsində “Üzgüçülük hamı üçün” idman tədbiri (Olimpiya İdman Kompleksi);
– 1 sentyabr saat 10:00 – “Badminton hamı üçün” idman tədbiri (Heydər Əliyev adına park);
Qusar rayonu
– 30 avqust saat 11:00 – Yeniyetmələr arasında ağır atletika üzrə Qusar rayon birinciliyi (Yasab kənd mədəniyyət klubu);
– 2 sentyabr saat 16:00 – minifutbol üzrə gənclər arasında yoldaşlıq görüşü (“Metak” futbol meydançası);
Xaçmaz rayonu
– 1 sentyabr saat 12:00 – “Daha az avtomobil, daha çox həyat” devizi altında veloyürüş (Heydər Əliyev Mərkəzi qarşısından Zəfər Parkı istiqamətinə).