Qubanın Qəçrəş, Qımılqazma və digər kəndlərində insanlar ayılarla rastlaşırlar. Bu barədə ShimalNews-a 29 avqust tarixində yerli əhali məlumat verib.
Sakinlər bildirirlər ki, meşələrdə sərbəst dolaşan ayılar son zamanlar təsərrüfatlara hücüm edir. Onlar gecə vaxtı vəhşi heyvanın hücumuna məruz qalmaqdan qorxurlar. Bu səbəbdən tək gəzmirlər.