Qubada Sığorta Festivalı baş tutub. Bu haqda ShimalNews 29 avqust tarixində Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) istinadən məlumat verir.

Ölkə ərazisində fəaliyyat göstərən sığorta şirkətləri Nizami adına Mədəniyyət və İstirahət Parkında bir araya gəliblər. Burada keçirilən festival həm əyləncəli, həm də məlumatlandırıcı xarakter daşıyıb.

Tədbir Mərkəzi Bank, ASA və İcbari Sığorta Bürosunun birgə əməkdaşlığı çərçivəsində təşkil olunub. Məqsəd vətəndaşların sığorta sahəsində bilik və təsəvvürlərinin artırılması, onların sığorta xidmətlərinə cəlbinin təşviq edilməsindən ibarətdir.

Festival zamanı müxtəlif maarifləndirici və təşviqedici video və animasiya çarxları, poster və digər materiallar təqdim olunub.