ASAN Könüllülər qubalı uşaqlara hədiyyələr təqdim ediblər. Bu barədə ShimalNews 29 avqust tarixində “ASAN Könüllüləri”nə istinadən xəbər verir.

“ASAN Məktub” sosial proqramı çərçivəsində 36 uşağa öz istəklərinə uyğun müxtəlif sovqatlar paylanıb. Layihənin həyata keçirilməsində “Bakcell” şirkəti dəstək göstərib.

Proqramın məqsədi respublika ərazisində yaşayan uşaqlara sevinc yaşatmaq, üzlərinin gülməsinə səbəb olmaqdır. Bu prosesdə iştirak etmək istəyənlər www.asanmektub.az saytına daxil olaraq, məktub öhdəliyə götürə bilərlər.

Quba: ASAN Könüllülər 36 uşağa hədiyyə getiriblər
Foto ASAN Könüllüləri