İsmayıllıda “Qızlara Ağ yaraşır” adlı kampaniya çərçivəsində məşqlərə qatılan gənc idmançıya bir dəst cüdo geyimi hədiyyə edilib. Bu haqda ShimalNews 29 avqust tarixində Dağlıq Şirvan Regional Gənclər və İdman idarəsinə (RGİİ) istinadən məlumat verir.
Cüdo idman növü üzrə təlim-məşq Olimpiya Kompleksində Əməkdar məşqçi Əkbər Şəfaqətovun rəhbərliyi altında baş tutub. Məşq proseslərinə qatılan Nərgiz Nuruzadəyə cüdoqi hədiyyə edilib.
Tədbir iştirakçıları “Azercell Telekom” və Cüdo Federasiyasına layihəyə start verdiklərinə görə minnətdarlıqlarını bildiriblər.
“Qızlara Ağ yaraşır” adlı kampaniya yetkinlik yaşına çatmayan qızlarımızın erkən nikaha daxil olmasının qarşısının alınmasına yönəlib. Ölkənin bir çox bölgələrindən 900 nəfər qız cüdo idman növünə yazılıb və artıq mütəmadi məşqlərə qatılır.
Qızları Cüdo Federasiyası məktəbləri və bölmələri olan bölgələrdə qeydiyyatdan keçirməklə cüdoçular sırasına yazdırmaq mümkündür. Ətraflı məlumat üçün (+994 50) 226 28 34, (+994 50) 226 28 35 nömrələrinə zəng və ya https://qizlaraagyarasir.az/ müraciət edin.