İsmayıllıda cüdoçu Ayxan Mirzəzadə ilə görüş keçirilib. Bu haqda ShimalNews 29 avqust tarixində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Tədbir Heydər Əliyev Mərkəzində baş tutub. Görüşdə RGİİ-nin rəisi Taleh Salehov və Əməkdar məşqçi Əkbər Şəfaqətov idmançın yüksək nailiyyətlərindən danışıblar. Ayxan Mirzəzadə cari il ərzində U-18 yeniyetmələrin şəxsi və qarışıq komandalar arasında Azərbaycan Birinciliyində 3-cü yeri, Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş yeniyetmələr arasında Avropa Kuboku turnirində 3-cü yeri, Çexiyanın Teplis şəhərində keçirilən Cüdo üzrə Avropa Kubokunda 2-ci yeri, Sloveniyanın Maribor şəhərində Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində keçirilən yarışlarda 3-cü yeri və nahəyət II MDB oyunlarında 1-ci yeri qazanıb.
Tədbir iştirakçıları idmançımızı təbrik edib və onu fəxri fərman və qiymətli hədiyyə ilə mükafatlandırıblar. Sonda iştirakçılar xatirə şəkli çəkdiriblər.