Xaçmaz Dəmiryol çörəkbişirmə zavodu Xaçmaz şəhərində yerləşir. Zavodun inşa tarixi XIX-XX əsrlərə aiddir. Bina almanlar tərəfindən tikilib.

Xaçmaz Dəmiryol çörəkbişirmə zavodu burada 1898-ci ildə Dəmiryol Vağzalının tikilməsindən sonra inşa olunub. Binanın divarlarında beş santimetr diametrində dəliklər var. Ehtimal edilir ki, həmin dəliklər binanı partlatmaq məqsədilə dinamit qoymaq üçün açılıb. Deyilənlərə görə, binanı bir vaxtlar dinamitlə partlatmaq istəsələr də, tikili möhkəm olduğundan bu mümkün olmayıb.

Xaçmaz Dəmiryol çörəkbişirmə zavodu 1930-cu ilə qədər dəmir yolu stansiyasının deposu kimi istifadə olunub. 1930-1990-cı illərdə çörəkbişirmə zavodu kimi fəaliyyət göstərib.

Bina hazırda baxımsız vəziyyətdədir: tikilinin pəncərələri qırılıb, ətrafını isə ot basıb.

İstinad edilən mənbələr: