Xudatda azyaşlı uşaq avtomobil ilə kişini vurub. Bu haqda ShimalNews 28 avqust tarixində məlumat verir.
Hadisə bazarın qarşısında baş verib. Qadın avtomobili saxlayaraq onun daxilində uşağı nəzarətsiz qoyub. Azyaşlı mühərriki işə salıb və nəqliyyat vasitəsi yerindən tərpənərək qarşısında duran kişini vurub.
Zərərçəkən müxtəlif bədən xəsarətləri alıb və təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.