Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə veloyürüş keçiriləcək. Bu barədə ShimalNews 28 avqust tarixində məlumat verir.

Tədbir “Daha az avtomobil, daha çox həyat” devizi altında təşkil olunacaq. Sentyabrın 1-i saat 12:00-da Heydər Əliyev Mərkəzi qarşısından Zəfər Parkı istiqamətində velosipedçilər hərəkət edəcəklər.