Xaçmazda bir sıra küçələrin yolları təmir edilir. Bu barədə ShimalNews 28 avqust tarixində Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.

İcra başçısı Elnur Rzayevin tapşırığına əsasən, Mərdanov qardaşları, Xəlil Rza Ulutürk, Süleyman Rüstəm və Süleyman Rəhimov küçələri asfaltlanır. Əraziyə xüsusi texnika cəlb olunub.

Daha öncə Nəriman Nərimanov və Məhəmmədəmin Rəsulzadə küçələrində eyni prosesin aparılması haqqında məlumat vermişdik.