Xaçmazda görmə qabiliyyəti məhdud olan qadın itkin düşüb. Bu barədə ShimalNews 28 avqust tarixində DİN-in mətbuat xidmətinə istinadən məlumat verir.
Görmə qabiliyyəti məhdud olan 59 yaşlı Gülxar Cahangirova iyulun 18-i axşam saatlarında yaşadığı ünvandan çıxıb. O, naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.
Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 – Xidməti Zəng Mərkəzi”nə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin (2332)5-53-56 şəhər və (+994)55-722-27-99 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.