Xaçmaz rayonunda yanğın baş verib. Bu haqda ShimalNews 28 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir.
Hadisə Aşağı Zeyid kəndində qeydə alınıb. Ümumi sahəsi 20 kv.m olan tövlənin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 50 kv.m olan talvarın taxta atmaları və altına yığılan 9 ton ot bağlaması yanıb.
Ot bağlamalarının qalan 9 tonu yanğından mühafizə edilib. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.