Sabah Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən idman yarışı təşkil olunacaq. Bu barədə ShimalNews 28 avqust tarixində məlumat verir.

Tədbir saat 11:00-da Quba rayonunun Əliməmmədoba kəndində keçiriləcək. Burada 2008-2011-ci il təvəllüdlü idmançılar öz güclərini sınayacaqlar.

Turnir “Heydər Əliyev İli” çərçivəsində baş tutacaq.