Sel və dolu nəticəsində dağılan Quba-Xınalıq yolu təmir edilib. Bu barədə ShimalNews 28 avqust tarixində Bizim.Media-ya istinadən məlumat verir.
5 saylı yol istismar idarəsinin sahə rəisi Bilal Sultanov bildirib ki, sıradan çıxan su ötürücüləri və yolun çiyin hissələri tam bərpa olunub. Bütün proses bir həftə vaxt çəkib.
Daha öncə həmin yolda leysan yağışının törətdiyi fəsadlar haqqında məlumat vermişdik.