Quba rayonunun Quba meşəbəyliyində təmizlik aksiyası keçirilib. Bu haqda ShimalNews 28 avqust tarixində ETSN-ə istinadən məlumat verir.

Tədbirdə nazirliyin yerli qurumları, RİH və yerli özünüidarəetmə orqanları əməkdaşları, ASAN könüllüləri və rayon sakinləri iştirak ediblər. Aksiya zamanı Quba və digər rayonlarda ümumilikdə 2,3 tondan artıq müxtəlif növ tullantı yığılaraq daşınıb.