İsmayıllıda sel zamanı köməksiz vəziyyətdə qalan vətəndaşlar təxliyə ediliblər. Bu haqda ShimalNews 28 avqust tarixində məlumat verir.

Hadisə Mollaisaqlı kəndində baş verib. Fövqəladə Hallar Nazirliyinin qüvvələri əraziyə cəlb edilib. Nəticədə 45 yaşlı Raqif Şirinov, 42 yaşlı Cəlil Bağıyev, 42 yaşlı Etiram Bağıyev və 43 yaşlı Abuzər Şirinov xilas ediliblər.

Eləcə də təbii fəlakət zamanı yüzlərlə mal-qara tələf olub və evləri su basıb.