Gənclər və idman naziri Fərid Qayıbov Xaçmaz və Şabran sakinlərini qəbul edəcək. Bu barədə ShimalNews 28 avqust tarixində nazirliyə istinadən xəbər verir.

Görüş 6 sentyabr tarixində saat 16:00-da Şabran rayon Heydər Əliyev Mərkəzində başlayacaq. Qəbula gəlmək istəyən şəxslər aşağıdakı telefon nömrələri və elektron ünvanlar vasitəsilə müraciət edə bilərlər:

– Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi

Tel: (055) 211-77-40

Elektron poçt: [email protected]

– Gənclər və İdman Nazirliyi

Tel: 012-465-64-38

Elektron poçt: [email protected]

Qeydiyyat 3 sentyabr saat 17:00-da başa çatacaq.