Xaçmaz KOB İnkişaf Mərkəzi (KOBİM) yeni təlim keçirib. Bu haqda ShimalNews 26 avqust tarixində mərkəzə istinadən məlumat verir.

“Analitik düşüncə” mövzusunda baş tutan görüşə 27 nəfər iştirakçı qatılıb.  KOBİM-in eksperti tərəfindən analik düşüncə anlayışı, analitik düşüncənin metodları və inkişaf etdirilməsi yolları barədə ətraflı məlumat verilib. Bundan əlavə, psixologiyada analitik düşünmənin rolu, şəxsi və karyera həyatında analitik düşüncənin əhəmiyyəti, stres və onun mərhələləri, işəgötürənin önəm verdiyi dəyərlər, mübahisələrin həlli, koordinasiya etmək və kommunikasiya bacarıqları ilə bağlı suallar cavablandırılıb.

KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.