Xaçmazda icra başçısı təsərrüfatçılarla görüşüb. Bu barədə ShimalNews 26 avqust tarixində Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.
Görüş zamanı Elnur Rzayev fındıq bağlarında olub və məhsuldarlıqla maraqlanıb. Bağ sahibləri qeyd ediblər ki, fındıq yığımı iyulun 20-dən başlanıb və ötən illərlə müqayisədə bu il məhsul boldur.
Rayon ərazisində 10-a yaxın fındıq emalı müəssisəsi və qəbul məntəqələri var. Buraya şimal bölgəsi ilə yanaşı, digər regionlardan da məhsul gətirilərək təhvil verilir. İstehsal olunan fındıq yerli bazarlarla yanaşı, Rusiya, Türkiyə və digər xarici ölkələrə ixrac edilir.
Xaçmazda 11 min ha-a yaxın fındıq bağı var. Bu bağların 7602 hektarından məhsul toplanılır.