Yeniyetmələr arasında sərbəst güləş üzrə Şimal birinciliyi keçirilib. Bu haqda ShimalNews 26 avqust tarixində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.

İdman tədbiri Xaçmaz Olimpiya İdman Kompleksində baş tutub. Turnirdə Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarından ümumilikdə 100 nəfərə yaxın idmançı 12 çəki dərəcəsində mübarizə aparıb. Qaliblərə təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom və medallar təqdim edilib.

Birinciliyin keçirilməsində məqsəd idmançıların respublika səviyyəli yarışlara hazırlanmasıdır.