Qubada keçirilən “Əmanətə Sədaqət” adlı düşərgə yekunlaşır. Bu haqda ShimalNews 26 avqust tarixində sosial şəbəkəyə istinadən məlumat verir.
Yazıçı Rövşən Abdullaoğlu və aktyor Hikmət Rəhimov düşərgənin qonağı olublar. Onlar gənclərlə öz təcrübələrini paylaşıblar və onları maraqlandıran mövzularda suallarını cavablandırıblar.
Həmçinin iştirakçılar üçün “Dəyişiklik səndən başlayır” və “Maliyyədə müasir yanaşma” adlı təlimlər təşkil olunub. Sessiyanı keçirməkdə məqsəd liderlik və komanda ilə işləmək bacarıqlarını inkişaf etdirmək və maliyyə biliklərini təkmilləşdirmək olub.