Şimal Regional Mərkəzi tərəfindən maarifləndirici tədbir keçirilib. Bu haqda ShimalNews 26 avqust tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir.

Toplantı Quba Rayon Mərkəzi Xəstəxanasında baş tutub. Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.