Qubada “Bir Laçın hekayəsi” adlı sənədli film nümayiş edilib. Bu haqda ShimalNews 26 avqust tarixində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
“26 avqust – Laçın şəhəri günü” münasibətilə baş tutan təqdimat ASAN Xidmətin Kinoklubunda baş tutub. Tədbir çərçivəsində Vətən müharibəsi iştirakçılarının görüşü keçirilib.
Toplantı gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin gücləndirilməsi üçün təşkil edilib.