İsmayıllıda Laçın şəhəri günü qeyd edilib. Bu haqda ShimalNews 26 avqust tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə istinadən məlumat verir.

Tədbir adıçəkilən komitə və Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM)  birgə təşkilatçılığı ilə baş tutub. Yığıncaqda rayon ictimaiyyətinin nümayəndələri, yeniyetmə və gənclər, UADM-lərin ekspert qrupları, Uşaq Səfirlər Məclisinin üzvləri, könüllülər, o cümlədən Laçından olan  keçmiş məcburi köçkünlər, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.

Görüşdə Laçın şəhərinə həsr olunmuş mahnılar və şeirlər səsləndirilib, rəsmlər təqdim olunub.