Ağolu məscidi İsmayıllı rayonunun Lahıc qəsəbəsində yerləşir. İbadətgah 1902-ci ildə Məşədi Fərzi adlı şəxs tərəfindən inşa olunub.

Məscid çaylaq daşı ilə inşa edilib. İbadətgahın damı sütunlar üzərində dayanıb. İbadət evinin qapıları və bir neçə pəncərəsi tağvari formadadır. Məscidin bir neçə kitabəsi mövcuddur. Onların birində ərəbcə yazı var. Kitabələrin birində belə qeyd olunub:

Kim bilir neçədir dünyanın yaşı

Tarixin nə qədər yazısı vardır

Hər saxsı parçası, hər məzar daşı

Nəsildən-nəslə bir yadigardır 

– S.Vurğun”.

Sovet dövründə məscid anbar kimi istifadə olunub. İbadət evi 1987-ci ildən sonra Lahıc Tarix-Diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərib.

İbadətgah yerli əhəmiyyətli tarixi abidə hesab edilir.

Keçmişdə anbar və muzey kimi fəaliyyət göstərən Lahıcın Ağolu məscidi
Photo Shimal.News

İstinad edilən mənbələr: