Bu gün İsmayıllıda idman rəqsi üzrə tədbir təşkil olunub. Bu haqda ShimalNews 26 avqust tarixində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinə (Gİİ) istinadən məlumat verir.

Turnir Uşaq-Gənclər İnkişaf Mərkəzində baş tutub. Gİİ və “İnci” rəqs qrupunun birgə əməkdaşlığı ilə təşkil edilən tədbirin məqsədi yetişməkdə olan gənclərimizə sağlam həyat tərzinin təşviq olunması, idman rəqsinə marağın artırılması və asudə vaxtın səmərəli keçirilməsidir.