Mehriban Arif qızı Əliyeva 26 avqust 1964-cü ildə Bakı şəhərində anadan olub.

Mehriban xanım 1981-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək, indiki Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olub. O, 1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib.

Əliyeva 1990-1995-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.

Mehriban Əliyeva 2017-ci ildə Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.