Xaçmaz şəhərində böyük satış mərkəzlərinin birində məktəbli yarmarkası təşkil olunub. Bu barədə ShimalNews 25 avqust tarixində məlumat verir.
Bakı prospektində yerləşən “Qayalı Gold” Ticarət Mərkəzində məktəb ləvazimatları endirimlə təqdim olunur. Kampaniya sentyabrın 20-dək davam edəcək. Mağazanın daxilində yarmarka üçün xüsusi yer təşkil edilib.

