Xaçmaz rayonunda karate idman növü ilə məşğul olan idmançılarla görüş keçirilib. Bu haqda ShimalNews 25 avqust tarixində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Tədbir Alıcqışlaq kənd tam orta məktəbində baş tutub. Görüşdə Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayonu üzrə gənclər və idman sektorunun müdiri Elman Məmmədov çıxış edərək idmançılara gələcək yarışlarda uğurlar arzulayıb.
Daha sonra idmançılar nümunəvi çıxışlar nümayiş etdiriblər.
