Xaçmazda baş verən hadisənin təfərrüatları bəlli olub. Bu haqda ShimalNews 25 avqust tarixində  Baş Prokurorluğa istinadən məlumat verir.

20 yaşlı Zalikə Bəşirovanın kəsici-deşici alətlə xəsarət alması barədə rayon prokurorluğuna avqustun 24-də məlumat daxil olub.

Araşdırmalar zamanı hadisənin Qusarçay kəndi ərazisində yerləşən istirahət mərkəzlərindən birində baş verməsi məlum olub. 27 yaşlı Sakit Muxtarovun Zalikə Bəşirova ilə aralarında mübahisə yaranıb. Kişi qadına bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməkdə şübhəli bilinir.

Fakta görə Xaçmaz Rayon Prokurorluğunda cinayət işi başlanıb. Muxtarov prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.