Qubada yolu keçən qadınları yük maşını vurub. Bu haqda ShimalNews 25 avqust tarixində məlumat verir.

Hadisə saat 15:30-da Timiryazev qəsəbəsi ərazisində (çörək sexinin qarşısında) qeydə alınıb. 2 nəfər yaşlı qadın marşrutdan düşüb, yolu keçmək istəyən zaman “Hyundai” markalı yük avtomobili onları vurub.

Əraziyə YPX və təcili tibbi yardım çağırılıb. Xəsarət alan qadınlar xəstəxanaya çatdırılıblar. Yük avtomobili cərimə meydançasına aparılıb.