Bu gün Qubada vətəndaşların səyyar qəbulu təşkil olunub. Bu barədə ShimalNews 25 avqust tarixində Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.
Görüş Rük kənd inzibati ərazi dairəsinin Söhüb kəndində baş tutub. Qəbulda RPŞ-nin rəis müavini, RİH yanında İctimai Şuranın sədri, rayonun bütün idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə tapşırıqlar verilib. Onları narahat edən məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.