Quba “ASAN xidmət” mərkəzində könüllü kimi çalışmaq istəyənlər üçün fürsət yaranıb. Bu barədə ShimalNews 25 avqust tarixində sosial şəbəkəyə istinadən məlumat verir.
Könüllü olmaq istəyən gənclər təcrübə və inkişaf qazanacaq, yeni bir mühitdə işləməyi və vətəndaş cəmiyyətinin formalaşmasına dəstək olmağı öyrənəcəklər.
Namizədlər üçün tələblər:
- İntizamlılıq;
- Xoşrəftarlılıq;
- Ünsiyyətcillik;
- Operativlik;
- Kollektivdə işləmək bacarığı;
- Təşkilatçılıq;
- Təşəbbüskarlıq;
- Kompüter bacarığı;
Müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Dövlət Agentliyi tərəfindən xüsusi sertifikatlar və müsbət xasiyyətnamə veriləcək.
Maraqlanan şəxslər “ASAN xidmət” mərkəzinə hər ay müraciət edə bilərlər. Qeydiyyatdan keçmək və əlavə məlumat əldə etmək üçün Heydər Əliyev prospekti, 1 ünvanına yaxınlaşmaq, və ya linkə daxil olmaq lazımdır.