Bu gün İsmayıllıda bədii gimnastika idman növü üzrə ustad dərsləri keçirilib. Bu barədə ShimalNews 25 avqust tarixində Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Tədbir Olimpiya İdman Kompleksində Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə baş tutub. Toplantıda müxtəlif rayonlardan 100 nəfərə yaxın idmançı və məşqçilər iştirak ediblər.
Ustad dərsləri avqustun 26-da başa çatacaq.