Qubada işəgötürənlərin iştirakı ilə tədbir baş tutub. Bu barədə ShimalNews 25 avqust tarixində Dövlət Məşğulluq Agentliyinə istinadən məlumat verir.
Toplantı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə həyata keçirilib. Yığıncaqda Rayon İcra Hakimiyyəti başçısının müavini də iştirak edib.
Görüşdə işəgötürənlərə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilməsi qaydası, işaxtaran və işsiz şəxslərin peşə hazırlığının təşkili və digər məşğulluq tədbirləri haqqında ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.