İsmayıllı rayonunda yabanı halda bitmiş çətənə kolları aşkar olunub. Bu haqda ShimalNews 24 avqust tarixində DİN-ə istinadən məlumat verir.
Bitki RPŞ əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində aşkarlanıb. Cülyan kəndi ərazisində tapılan 1 ton 593 kiloqram çəkidə 1753 ədəd çətənə kolu məhv edilib.