Xaçmazda 31 ildən sonra tapılan şəhid dəfn edilib. Bu barədə ShimalNews 24 avqust tarixində Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.
26 yaşlı Adil Niftəliyev 1992-ci il 26 yanvar tarixində Şuşanın Daşaltı kəndində itkin düşüb. Uzun illərdən sonra onun meyitinin qalıqları bir vaxtlar böyüyüb boya-başa çatdığı Kiçik Baraxum kəndinə geri qaytarılıb. Daha sonra şəhidin nəşi Dədəli kənd qəbiristanlığına aparılıb və burada valideynlərinin yanında torpağa tapşırılıb.
Mərasimdə RİH-nin başçısı Elnur Rzayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və sakinlər iştirak ediblər.