İsmayıllı və Quba rayonlarında sığorta festivalı keçiriləcək. Bu barədə ShimalNews 24 avqust tarixində “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinə istinadən məlumat verir.

26 avqust – 7 sentyabr tarixlərində keçiriləcək tədbir “edutatement” (“təhsil”) formatında təşkil olunacaq. Burada ölkədə fəaliyyət göstərən sığorta şirkətləri iştirak edəcəklər.

Toplantı Azərbaycan Mərkəzi Bankı və İcbari Sığorta Bürosunun əməkdaşlığı çərçivəsində baş tutacaq.