Qusarda işsiz qadınlar üçün təlimlər keçirilib. Bu haqda ShimalNews 24 avqust tarixində sosial şəbəkəyə istinadən məlumat verir.
“Qadının gücü” layihəsi çərçivəsində keçirilən sessiyalara 10-dan çox qadın qoşulub. Onlara “OBA” Təlim və İnkişaf şöbəsinin əməkdaşları tərəfindən “Satış və merçendayzinq”, “Müştəri məmnuniyyəti” və “Korporativ yazışma qaydaları” mövzuları əsasında proqram təqdim olunub.
Adıçəkilən şirkətdə çalışmaq istəyən qadınlar uyğun vakansiyalar üzrə müraciət ediblər və işəqəbul prosesi baş tutub.