Quba rayonunda şəhid övladları üçün yay düşərgəsi keçirilir. Bu haqda ShimalNews 24 avqust tarixində sosial şəbəkəyə istinadən məlumat verir.

“Əmanətə Sədaqət” adlı düşərgə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Azərlotereya ASC-nin dəstəyi ilə həyata keçirilir. Avqustun 26-dək davam edən layihəyə 40 şəhid övladı qatılıb. Burada onlar üçün müxtəlif idman və intellektual oyunlar, maarifləndirici təlimlər təşkil edilir.

Proyekt çərçivəsində iştirakçılar üçün Quba Soyqırımı Memorial Kompleksinə ekskursiya təşkil edilib. Həmçinin Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının peşəkar məşqçilərinin dəstəyi ilə minifutbol turniri keçirilib. Turnirin sonunda qalib komanda üzvləri mükafatlandılıblar.