Qubada şəhid ailəsi yeni mənzillə təmin edilib. Bu haqda ShimalNews 24 avqust tarixində Azərtac-a istinadən məlumat verir.
Yeni ikiotaqlı mənzilin açarları Birinci Qarabağ müharibəsi şəhidləri – Qoşqar və Eldar Məhərrəmovların atası Mahur Məhərrəmova təqdim edilib.
Mənzil Prezident İlham Əliyevin “Quba şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında” Sərəncamı əsasında inşa olunmuş dördmərtəbəli binadan verilib.
Bu il iyunun 12-də Dərk kəndində baş vermiş yanğın zamanı Mahur Məhərrəmovun evi tamamilə yanaraq yararsız vəziyyətə düşmüşdür.